Prezident seçkilərində 78 milyondan çox amerikalı vaxtından əvvəl səs verib

Dünya

04.11.2024 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib

Noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Florida Dövlət Universitetinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.

ABŞ-da qeydə alınmış seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.

Noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçiriləcək. Respublikaçıların namizədi Donald Tramp və demokratların namizədi Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparırlar. Tramp Amerikanın 45-ci Prezidenti (2017-2021) olub. O, 2020-ci il seçkilərində demokrat Co Baydenə uduzdu və indi Ağ Evə qayıtmağa çalışır. Harris 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsində çalışır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş