Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

Xəbərlər

07.03.2026 - 14:13

Prezidentin "X" hesabında paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib. AYNA.AZ xəbər verir ki, Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş