Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Akif Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AYNA xəbər verir ki, sərəncamla Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Dövlət başçısın digər sərəncamla Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.