İlham Əliyev icra başçılarının təyinatı ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev Bilasuvar və Saatlı rayonlarına icra başçısı təyin edib. AYNA xəbər verir ki, Prezidentin Sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin başqa bir Sərəncamı ilə Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.