Prezident əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb

Cəmiyyət

05.02.2021 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

 

Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb.

 

AYNA-nın məlumatına görə, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş