İlham Əliyev Həsən Zeynalovun geri çağırılması haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yayılıb.
Dövlət başçısının digər sərəncamı ilə, İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.