İlham Əliyev sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Rafiq Əsgər oğlu Cəlilovun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə, R.Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.