Prezident Ağstafa və İmişliyə yeni icra başçısı təyin etdi - <font color=red> SƏRƏNCAM</font>

Xəbərlər

21.05.2020 - 13:06

cedabet dərman SEO Xidməti

Prezidentin Sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

 

Prezident İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. AYNA xəbər verir ki, Prezidentin Sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Qeyd edək ki, Ağstafanın bundan əvvəlki icra başçısı Nizaməddin Quliyev bir müddət öncə DTX-mın keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiya və rüşvətxorluqda günahlandırılaraq həbs edilib. Bundan sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. 

 

Prezident İlham Əliyev İmişliyə də yeni icra başçısı təyin edib. Prezidentin Sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Qeyd edək ki, İmişlinin bundan əvvəlki icra başçısı Vilyam Hacıyev DTX-mın keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiya və rüşvətxorluqda günahlandırılaraq həbs edilib. Bundan sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş