“Növbəti seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığımı soruşsanız, bəli”
Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Ukraynada keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə onun özü deyib.
“Növbəti seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığımı soruşsanız, bəli”, söyləyib.
Poroşenkonun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Kiyev hərbi əməliyyatlarda uğur əldə etməlidir.
Eks-Prezident həmçinin bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olarsa, Avropa Parlamentinə namizədliyini irəli sürəcək.