Pompeo Ukrayna paytaxtında Vladimir Zelenski ilə görüşəcək
ABŞ-ın dövlət katibi Maykl Pompeo Ukraynaya işgüzar səfər edib.
AYNA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin müavini Yeqor Bojok özünün “Twitter”dəki səhifəsində bildirib.
Pompeo Ukrayna paytaxtında bu ölkənin prezidenti Vladimir Zelenski, həmçinin xarici işlər naziri Vadim Pristayko və müdafiə naziri Andrey Zaqorodonyukla görüşəcək.
ABŞ dövlət katibinin özü həmçinin “Twitter”dəki səhifəsində Kiyevə gəlişini şərh edib. O, bildirib ki, Ukrayna hökumətinin nümayəndələri ilə görüşdə iki ölkənin strateji əməkdaşlığının və azad demokratik dövlət kimi Ukraynanın mövqeyinin gücləndirilməsini müzakirə etmək niyyətindədir.