Polşanın Xarici İşlər naziri istefa verib

Dünya

20.08.2020 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Yaçek Çaputoviç: “Polşanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcəyinə inanıram”

 

Polşanın Xarici İşlər naziri Yaçek Çaputoviç öz istəyi ilə istefa verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Nazir daha əvvəl prezident seçkilərindən sonra Polşa diplomatiyasının rəhbərini dəyişdirmək üçün yaxşı vaxt olacağını, davamçısının da eyni xətti davam etdirəcəyini, Polşanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcəyinə inandığını bildirib”, - deyə məlumatda qeyd edilib.

 

Xatırladaq ki, Yaçek Çaputoviç 2018-ci ilin yanvar ayından bəri nazirliyin rəhbəri vəzifəsini icra edib. O, istefasının səbəblərini açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş