Donald Tusk Ukraynaya səfər edib
Polşanın Baş naziri Donald Tusk Kiyevə səfər edib. AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Polşa Baş nazirinin Aparatının “X” sosial şəbəkəsindəki səhifəsində Tuskun Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşəcəyi bildirilib.
Qeyd edək ki, yanvarın 12-də Tusk yaxın günlərdə Ukraynaya səfər etmək niyyətində olduğunu açıqlamışdı.