Polşa XİN narahatdır: “Rusiya cəbhə xəttini Ukraynanın qərbinə keçirə bilər”

Dünya

15.01.2024 - 16:44

cedabet dərman SEO Xidməti

“Bu, ölkəmiz üçün böyük yük olardı və Polşa cəmiyyəti buna hazır olmalıdır”

“Rusiya ordusu cəbhə xəttini Ukraynanın qərbinə keçirə bilər ki, bu da milyonlarla yeni ukraynalı qaçqının Polşada peyda olmasına səbəb olacaq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.

Onun sözlərinə görə, bu, Varşava üçün böyük yük ola bilər: “Biz istisna edə bilmərik ki, Rusiyanın hücumu cəbhənin qərbə doğru sürüşməsinə səbəb olacaq və əlavə milyonlarla ukraynalının, əsasən də qadın və uşaqların Polşaya gəlməsinə səbəb olacaq. Bu, ölkəmiz üçün böyük yük olardı və Polşa cəmiyyəti buna hazır olmalıdır”, - nazir müavini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın “The National Interest” jurnalı daha əvvəl Rusiya ordusunun bir sıra yerli hücumlarda üstün güc tətbiq edərək Ukrayna qoşunlarını məğlub etməyi planlaşdırdığına dair material dərc etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş