Polşa "hibrid müharibə" vəziyyətindədir

Dünya

27.08.2024 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Nazir müavini: “Bu gün Polşada üzləşdiyimiz hal faktiki hibrid müharibədir”

Polşa "hibrid müharibə" vəziyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik Olştin şəhərindəki "Gələcəyin Polşası" kampusunda çıxışı zamanı deyib.

“Bu gün Polşada üzləşdiyimiz hal faktiki hibrid müharibədir. Və biz birbaşa deyə bilərik ki, Polşa bu gün müharibə vəziyyətindədir, lakin hibrid müharibə vəziyyətindədir”, - deyə nazir müavini vurğulayıb.

Bu kontekstdə o, Belarusla sərhəddəki gərgin vəziyyətə və ötən həftə Polşada düşdüyü bildirilən “kirill əlifbası ilə yazılmış” bir neçə hava şarına işarə edib.

Müdafiə nazirinin müavini ritorik şəkildə Rusiyanın Polşadakı hava ilə həqiqətən maraqlanıb-maraqlanmadığını soruşub. Qeyd edib ki, qiyməti bir neçə yüz dollar olan hər belə qurğudan çox sadə şəkildə ictimai rəyə təsir etmək, “vətəndaşların öz dövlətinə inanmaması üçün cəmiyyətdə müzakirələr və fikir ayrılıqlarına səbəb olmaq” üçün istifadə etmək olar.

"Rusiya təbliğatının əhəmiyyətli bir hissəsi məhz buna yönəlib", deyə Tomçik vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş