Polşa hava məkanını pozan bir neçə PUA-nı vurub

Dünya

10.09.2025 - 11:44

“Radarlar 10-dan çox obyekti qeydə alıb və təhlükə yarada bilən obyektlər zərərsizləşdirilib”

Polşa pilotsuz təyyarələri vurmaq üçün özünün və NATO-nun hava hücumundan müdafiə sistemlərindən istifadə edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” Polşa hərbi komandanlığına istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Rusiya-Ukrayna münaqişəsi zamanı ilk dəfədir ki, Varşava öz hava məkanında hava hücumundan müdafiə sistemindən istifadə edir.

Komandanlığa görə, radarlar 10-dan çox obyekti qeydə alıb və təhlükə yarada bilən obyektlər “zərərsizləşdirilib”.

"Hava məkanımıza daxil olan pilotsuz təyyarələrin bəziləri vurulub. Bu obyektlərin mümkün qəza yerlərinin axtarışı və müəyyənləşdirilməsi davam edir", - məlumatda qeyd edilib.

Polşa ordusu ölkənin hava məkanının pozulmasını “təcavüz aktı” adlandırıb. Müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşa təyyarələrinin “düşmən obyektlərə qarşı silahdan istifadə etdiyini” söyləyib. Əlavə edib ki, ölkə NATO komandanlığı ilə daim əlaqə saxlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş