Şopen hava limanının fəaliyyəti hərbi əməliyyatlara görə müvəqqəti dayandırılıb
Polşanın bir hissəsi, o cümlədən Varşava üzərindəki hava məkanı hərbi əməliyyatlara görə bağlanıb. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Varşava Şopen hava limanının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, dövlət xidmətlərinin və ordunun tədbirləri nəticəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə ölkənin bir hissəsi üzərində səma, o cümlədən hava limanı müvəqqəti bağlanıb.
Hava limanının özü açıq qalır, lakin təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.