Polşa Almaniyanı seçkilərə müdaxilədə ittiham edib

Dünya

06.10.2023 - 10:55

Deputat: “Almaniya açıq şəkildə hazırkı hökumətə qarşı müxalifəti dəstəklədi”

Polşanın hakim Hüquq və Ədalət Partiyası Almaniyanı oktyabrın 15-də keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham edib. AYNA xəbər verir ki, bu barədə Avropanın “Euractiv” portalı məlumat yayıb.

Nəşr partiyanın deputatı İvona Kurovska istinadən qeyd edib: “Almaniya açıq şəkildə hazırkı hökumətə qarşı müxalifəti dəstəklədi və açıq şəkildə Polşa seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdı”. Məsələn, partiyanın televiziyada yayımlanan reklam çarxlarından birində Almaniya kansleri Olaf Şols hətta Polşa siyasətinə fəal təsir göstərməkdə ittiham olunurdu.

Bununla belə, məqalə müəllifləri qeyd edib ki, Polşanın bu cür hərəkətləri uzunmüddətli narahatlığa səbəb olmur.

Bundan əvvəl Polşanın Baş nazirinin müavini Yaroslav Kaçinski hakim partiyanın qurultayında ölkə hakimiyyətinin Almaniyadan İkinci Dünya müharibəsindən dəymiş ziyana görə kompensasiya tələb edəcəyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş