"Təəssüf ki, hüquqi mövqe elədir ki, təzminat almaq mümkün olmayacaq"
Almaniyadan İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya məsələsi bağlanıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Potsdam başqa cür qərar verdiyi üçün heç bir təzminat olmayacaq. Özünüz də bilirsiniz ki, təzminat məsələsi bağlanıb”, - deyə qeyd olunub.
Nazirin sözlərinə görə, Polşa Xarici İşlər Nazirliyinin keçmiş rəis müavini Anna Fotıqa uzun illər əvvəl Almaniyadan ödənişlər məsələsi ilə bağlı parlament sorğusuna cavab verib ki, təzminat Potsdamda artıq tanınıb, lakin SSRİ tərəfindən mənimsənilib: "Təəssüf ki, hüquqi mövqe elədir ki, təzminat almaq mümkün olmayacaq".
Xarici işlər naziri xatırladıb ki, Polşanın əvvəlki hökuməti Almaniyadan təzminat tələb edərkən, notunda “təzminat” sözünü daxil etməyib və həmçinin “Almaniyanın 6 trilyon dolları köçürməli olduğu bank hesabının nömrəsini göstərməyib”. ” Polşa tələb etdi.