Aİ Fələstin dövlətinin yaradılması və onun tanınması üçün sülh təklifi ilə 12 səhifəlik sənəd hazırlayır
Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozef Borrell İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həlli planı hazırlayır, bu plana Fələstində dövlət yaradılması daxildir. AYNA xəbər verir ki, bu barədə “Politico” Avropa rəsmiləri arasında olan mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Borrel Fələstin dövlətinin yaradılması və onun tanınması üçün sülh təklifi ilə 12 səhifəlik sənəd hazırlayır. Münaqişənin həlli prosesinə ərəb ölkələri, ABŞ və BMT-nin də cəlb edilməsi planlaşdırılır.
Sənəddə qeyd edilir ki, münaqişənin davam etməsi təkcə İsrail və Fələstini təhdid etmir, həm də miqrasiya baxımından Avropa üçün əhəmiyyətli risk yaradır.
Öz növbəsində planın müzakirəsində iştirak edən Misir, İordaniya və Səudiyyə Ərəbistanı Qəzza zolağında münaqişənin həlli planının təkcə Aİ-nin təklifi olmaması üçün onu əlavə etməyi və sülh konfransı keçirməyi təklif edir.
Qeyd edək ki, Borrell daha əvvəl demişdi ki, İsrail Fələstin Milli Administrasiyasını zəiflətmək üçün HƏMAS hərəkatını maliyyə cəhətdən dəstəkləyib. O təklif olunan maliyyənin konkret nə olduğunu açıqlamayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə bunu təkzib edib.