“Politico”: ABŞ-ın Venesuelanın yeni liderindən dörd tələbi var

Dünya

06.01.2026 - 13:15

ABŞ Rodriqezdən rəqiblərinə neft tədarükünü dayandırmağı tələb edib

ABŞ Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqezdən narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməsini tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bundan əlavə, Vaşinqton Rodriqezdən İran, Kuba və digər "düşmən agentlərini" ölkədən çıxarmasını və ABŞ düşmənlərinə neft tədarükünü dayandırmasını istəyir.

Həmçinin ABŞ hakimiyyəti onun Venesuelada azad seçkilərin keçirilməsinə kömək etməsini gözləyir.

Qeyd edək ki, dünən Rodriqez Venesuelanın müvəqqəti Prezidenti kimi and içib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş