Polis xeyli silah-sursat aşkarlayıb

Xəbərlər

15.01.2026 - 13:07

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş