Polis Oğuzda reyd keçirib: Cərimələnənlər var

Xəbərlər

13.08.2020 - 19:16

cedabet dərman SEO Xidməti

Karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı müvafiq tədbirlər həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib.

 

Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimələniblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş