Polis karantin qaydalarını pozan sürücüləri cərimələməkdə davam edir

Cəmiyyət

13.04.2020 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Qaydalara əməl etməyən daha 1503 sürücü məsuliyyətə cəlb olunub

 

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə daha 1503 nəfər cəzalandırılıb. Bu barədə AYNA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

01.04.2020-ci il tarixindən bu günədək isə respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş