Polis gücləndirilmiş rejimdə xidmət aparır

Xəbərlər

28.12.2025 - 18:06

“Hərəkətin təhlükəsizliyi tam təmin edilir”

Ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

“Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət davam etdirilir”, - bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş