Polis əməliyyat keçirib

Xəbərlər

22.01.2026 - 11:30

Qanunsuz saxlanılan 6 avtomat, 1 pulemyot və 22 qumbara aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng, 20 patron darağı və 1146 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş