Polis Akademiyasında “Açıq qapı” günü təşkil olunub

Xəbərlər

18.01.2026 - 22:44

Valideynlər yaradılan şərait barədə ətraflı məlumat alıblar

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında kursantların valideynləri üçün növbəti tanışlıq günü – “Açıq qapı” təşkil olunub.

DİN-dən AYNA.AZ-a verilən xəbərə görə, görüşün məqsədi ailələri övladlarının təhsil prosesi, təlim-tərbiyə sistemi, qidalanma və məişət şəraiti ilə əyani şəkildə tanış etmək olub.

Valideynlər Akademiyanın auditoriyalarını, praktiki təlim meydançalarını, idman zallarını və yataqxana kompleksini gəzərək yaradılan şərait barədə ətraflı məlumat alıblar. Onlara bildirilib ki, kursantların peşə hazırlığı müasir standartlara uyğun qurulub, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir.

Görüş zamanı valideynlər övladlarının gündəlik qidalanma rejimi, tibbi təminatı və sosial-məişət imkanları ilə də maraqlanıblar. Diqqətə çatdırılıb ki, gələcəyin polis zabitlərinin sağlam mühitdə yetişməsi üçün bütün zəruri şərait yaradılıb və bu proses nəzarətdə saxlanılır.

Tədbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

Polis Akademiyasında “Açıq qapı” günü təşkil olunub Polis Akademiyasında “Açıq qapı” günü təşkil olunub Polis Akademiyasında “Açıq qapı” günü təşkil olunub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş