Polis 16 yaşlı qızın nişanlanmasına imkan vermədi

Xəbərlər

26.10.2025 - 20:24

İmişlidə 16 yaşlı qızın nişanlanmasının qarşısı alınıb

İmişli rayonunda polis 16 yaşlı qızın nişan mərasiminin qarşısını alıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş