Terrorçular havadan həyata keçirilən əməliyyat zamanı zərərsizləşdiriliblər
Türk Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin və Hakurk bölgələrində beş PKK terrorçusunu məhv edib. Bu barədə AYNA Türkiyə mətbuatına istinadən məlumat verir.
Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Vurğulanıb ki, terrorçular havadan həyata keçirilən əməliyyat zamanı məhv ediliblər.