Pirallahıda evdən oğurluq olub

Xəbərlər

02.02.2024 - 15:31

Keçmiş məhkum saxlanılıb

Pirallahı qəsəbəsində evdən oğurluq edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20 000 manat pul və 7 000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş