Pezeşkian qonşu ölkələrdən üzr istəyib

Dünya

07.03.2026 - 16:11

"Bizim qeyd-şərtsiz təslim olacağımızı düşünənlər bu arzularını məzarlarına aparmalıdırlar”

İran Prezidenti Məsud Pezeşkian İran ordusunun həyata keçirdiyi zərbələrə görə qonşu ölkələrdən üzr istəyib və ərazilərinə hücumların dayandırıldığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, Pezeşkian bu barədə İran televiziyasında bildirib.

"İran adından hücuma məruz qalan qonşu ölkələrdən üzr istəməliyəm. Müvəqqəti İdarəetmə Şurası silahlı qüvvələrimizə qonşu ölkələrə, əgər onlar bizə hücum etməyə cəhd etməsələr, raket hücumlarını dayandırmağı tapşırdı", - Prezident qeyd edib.

"Dediyim kimi, İranın qonşularına hücum etmək niyyəti yoxdur. İran qardaş qonşuları ilə münasibətlərində diplomatiyaya əsaslanır", - deyə o əlavə edib.

Pezeşkian İsrail və ABŞ-a müraciət edərək bildirib: "Bizim qeyd-şərtsiz təslim olacağımızı düşünənlər bu arzularını məzarlarına aparmalıdırlar. Ölkəmizi bu böhrandan çıxarmaq üçün sona qədər möhkəm dayanacağıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş