Pezeşkian: "İranla ABŞ arasında danışıqlar irəliyə doğru bir addım oldu"

Dünya

09.02.2026 - 13:31

“Məsələlərin sülh yolu ilə həllinə yönəlmiş dialoq həmişə İranın strategiyası olub”

“İran və ABŞ arasında regiondakı dost ölkələrin əməkdaşlığı ilə təşkil olunmuş danışıqlar irəliyə doğru bir addım oldu”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian sosial media hesabında yazıb.

Prezident bildirib ki, “məsələlərin sülh yolu ilə həllinə yönəlmiş dialoq həmişə İranın strategiyası olub”.

Pezeşkian həmçinin qeyd edib ki, İranın nüvə məsələsindəki məntiqi mövqeyi onun Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə (NSYM) təsbit olunmuş hüququdur.

O vurğulayıb ki, "İran həmişə hörmətə hörmətlə cavab verir, lakin zorakılığa tabe olmur".

Qeyd edək ki, ki, 6 fevralda İran və ABŞ arasında Omanın Maskat şəhərində İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılıb. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş