“Tehran həddindən artıq əhali ilə yüklənib və su çatışmazlığı var”
İran Prezidenti Məsud Pezeşkian ölkə paytaxtının Tehrandan başqa yerə köçürülməsinin vacibliyini vurğulayıb. Bu barədə AYNA.AZ “Fars” agentliyinə istinadən bildirir.
Onun sözlərinə görə, “Tehran həddindən artıq əhali ilə yüklənib və su çatışmazlığı var”. Pezeşkian vurğulayıb ki, Tehran əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.
"Bizim başqa seçimimiz yoxdur. Bu, zərurətdir", - deyə Prezident bildirib.
Pezeşkian əlavə edib ki, bu problem təkcə Tehrana deyil, həm də İranın bir sıra digər bölgələrinə təsir göstərir.