Pezeşkian: “İran faktiki olaraq ABŞ, İsrail və Avropa ilə müharibə vəziyyətindədir”

Dünya

28.12.2025 - 12:25

“Onlar ölkəmizin öz ayaqları üzərində möhkəm dayanmasını istəmirlər"

“İran faktiki olaraq Qərb ölkələri və İsrail ilə tammiqyaslı müharibə vəziyyətindədir”. AYNA.AZ xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.

"Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar ölkəmizin öz ayaqları üzərində möhkəm dayanmasını istəmirlər", Pezeşkian İranın Ali Lideri Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində deyib.

Lakin Prezidentin sözlərinə görə, İran ordusu "əvvəlki hücumlar zamanı olduğundan daha güclü olub". O əlavə edib ki, Tehran növbəti hücumlar zamanı "daha qətiyyətli cavab" verməyə hazırdır.

Eyni zamanda, Pezeşkian qeyd edib ki, İran qonşu ölkələrlə, o cümlədən mədəni və iqtisadi sahələrdə münasibətlərini xeyli yaxşılaşdırıb. Bu baxımdan o Azərbaycan, Özbəkistan, Türkiyə, BƏƏ və digər ölkələrdən bəhs edib.

Pezeşkian əlavə edib ki, İran Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla "çox yaxşı münasibətlər" qurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş