“Transmilli narkotik qaçaqmalçılığını məğlub etmək üçün əvvəlcə bu cinayətkar şəbəkələrin liderləri tutulmalıdır”
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampa birgə məhkəmə prosesi üçün ölkə xaricində yaşayan narkotik lordlarının siyahısını təqdim edib. AYNA.AZ TASS-a istinadən bildirir ki, Petronun sözlərinə görə, “transmilli narkotik qaçaqmalçılığını məğlub etmək üçün əvvəlcə bu cinayətkar şəbəkələrin liderləri tutulmalıdır”.
"Narkotik qaçaqmalçılığının ön cəbhəsini Dubay, Madrid və Mayamidə yaşayanlar tutur. Mən onların adlarını və onlarla əlaqəli şəxsləri Prezident Trampa təhvil verdim. Əsas liderlər bunlardır", - deyə Kolumbiya lideri Vaşinqtonda Ağ Evlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O bu “narkotik lordları”nın pullarının Kolumbiya xaricində olduğunu qeyd edib və onları müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə birgə təqib etməyə çağırıb.