“Dəqiq tarix hər iki Prezidentin iş qrafiki razılaşdırıldıqdan sonra seçiləcək”
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi hələ ki, b’lli deyil. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi bildirib ki, səfər gündəmdədir, lakin dəqiq tarix hər iki Prezidentin iş qrafiki razılaşdırıldıqdan sonra seçiləcək.
Peskov bildirib ki, dekabrın 14-də Putin Türkiyəyə səfər etməyə hazır olduğunu təsdiqləyib.
“Dövlət başçısı fürsət düşən kimi Ankaraya səfər edəcək”, - Kremlin sözçüsü bildirib.