“Bu, regionlara səfər çərçivəsində adi bir gedişdir”
“Rusiya Prezidenti Vladimir Putinin Kalininqrada səfəri NATO ölkələrinə mesaj deyil. Bu, regionlara səfər çərçivəsində adi bir gedişdir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu, Prezidentin adi səfəridir. Cənab Putin uzun illərdir ki, regionlara səfər edir, ölkəmizin, regionlarımızın inkişafı üzərində işləyir”, - Peskov bildirib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Kalininqrada işgüzar səfər edib. Putin Kant Universitetində olacaq və Tələbələr Günü münasibətilə tələbələrlə söhbət edəcək.