Peskov: “Pekində Putin və İlham Əliyev arasında danışıqlar olmayıb”

Xəbərlər

03.09.2025 - 16:36

“Putin və İlham Əliyev arasında Pekində danışıqlar olmayıb“.

AYNA.AZ bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Pekində keçirilən bayram mərasimində salamlaşma əlaməti olaraq əl sıxıblar, lakin onlar arasında heç bir əsaslı ünsiyyət olmayıb.

“İlham Əliyevlə salamlaşıblar, bir-birinin əlini sıxıblar, amma mahiyyət etibarı ilə hər hansı substantiv danışıq olmayıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş