Putinin sözçüsü Azərbaycan Rusiya və Ermənistan liderlərinin görüşü barədə yeni açıqlama verib
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videokonfrans vasitəsilə danışıqların aparılması üzərində iş gedir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin, Əliyev və Paşinyanın videokonfrans görüşü mövzusunu izah edirəm. Doğrudan da biz təsdiq etmişik ki, belə görüşə hazırlıq üzərində iş gedir, amma burada biz qeyd etmək istəyirik ki, hələlik dəqiq razılaşma və belə görüşün nə zaman baş tuta biləcəyi barədə anlaşma yoxdur. Bu iş davam edir”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Peskov bundan əvvəl liderlərin videokonfrans formatında üçtərəfli görüşünün bu həftə - noyabrın 9-da, yaxud 10-da baş tutacağını söyləmişdi.