Kremldən Polşa Seyminin Rusiya ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilib
“Polşa Seyminin Rusiyanın terrorizmi dəstəkləyən dövlət adlandırdığı qətnamə anti-Rusiya isteriyasının davamıdır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Seymin qərarına gəlincə, anti-Rusiya isteriyası davam edir. Biz buna belə yanaşırıq”, - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Polşa Seymi Rusiyanı terrorçuluğu dəstəkləyən dövlət adlandıran qətnamə qəbul edib. Sənəddə bildirilir ki, Rusiya insan haqlarını, beynəlxalq hüququ, BMT Nizamnaməsini və bir çox digər öhdəlikləri pozur.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Polşa Seyminin belə bir qərarı Qərbin anti-Rusiya kampaniyasının davamıdır.