“Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planlarından bəhs edən Qərb mediası göstərişi Ağ Evdən alır”
“Ağ Ev ABŞ Konqresini aldatmağa çalışır ki, Kiyevı pul ayırsın”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Aydındır ki, Ağ Ev hiylə və fırıldaqla Konqresi pul ayrılması üçün qanun layihəsinə səs verməyə sövq etməyə çalışır”, - peskov qeyd edib.
Kreml rəsmisi ABŞ administrasiyasındakı məmurların hansı hiylələrə əl atdığını görməyə çağırıb.
Peskov həmçinin bildirib ki, Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planlarından bəhs edən Qərb mediası göstərişi Ağ Evdən alır.