“Rusların taleyi Moskvanı daim narahat edən məsələdir”
ABŞ-da həbsdə olan rusların taleyi Moskvanı daim narahat edən məsələdir. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə ki, ABŞ-da həbsdə olan bütün ruslarımızın taleyi bizim idarələrimizi narahat edir və onlar əlaqədar işlərini davam etdirəcəklər”, - Kreml nümayəndəsi bildirib.
Peskov bu şəkildə ABŞ-da BTC-e kriptovalyuta birjasını yaratmaq ittihamı ilə həbs edilən Aleksandr Vinniklə bağlı vəziyyəti şərh edib.
Bundan əvvəl Aleksandr Vinnikin anası Vera Vinnik oğlunun ona məlum olmayan səbəbdən məhbus mübadiləsi üçün siyahıdan çıxarıldığını bildirib. O, oğlunun məhkəməsi hələ baş tutmadığı və mühakimə olunmadığı üçün onun müvafiq siyahıya salınmamasını təklif edib.