Peşə təhsili üzrə 22 dərsliyin Azərbaycan dilinə tərcüməsinə başlanılıb

Xəbərlər

30.12.2023 - 12:45

2023-cü ilin son rübündən türkcə 16, ingiliscə 4, almanca 2 dərsliyin tərcüməsi aparılır

Bu il peşə təhsili alan tələbələr üçün xarici ölkələrdə tədris olunan 22 dərsliyin Azərbaycan dilinə tərcüməsinə başlanılıb. AYNA xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, 2023-cü ilin son rübündən türkcə 16, ingiliscə 4, almanca 2 dərsliyin tərcüməsi aparılır.

Tərcümədə olan Türkiyənin peşə təhsili dərslikləri qida təhlükəsizliyi, satış, İKT, poliqrafiya və s. sahələri, Böyük Britaniya və Almaniyanın dərslikləri isə elektronika, logistika, metal mühəndisliyi sahələrini əhatə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş