Müsabiqədən keçən şəxslər avqustun 25-dək qeydiyyatdan keçməlidirlər
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır. AYNA.AZ xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, müsabiqədən keçən şəxslər 25 avqust saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.