Peruda güclü zəlzələ olub

Dünya

01.04.2026 - 18:16

Təbii fəlakət mütəxəssislər tərəfindən dağıdıcı xarakterli qiymətləndirilir

Perunun şimal bölgəsində 5.9 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. AYNA.AZ "İnterfaks"a istinadən bildirir ki, seysmoloji mərkəzlərin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:20-də (Bakı vaxtı ilə 15:20 - red.) baş verib.

Təkanların mərkəzi təqribən 120 min əhalisi olan Tarapoto şəhərindən 87 kilometr məsafədə yerləşib. Təbii fəlakət mütəxəssislər tərəfindən dağıdıcı xarakterli qiymətləndirilir.

ABŞ Geoloji Xidməti yeraltı təkanların maqnitudasının 6 bal, zəlzələ ocağının isə 108.6 kilometr dərinlikdə olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş