“ABŞ Yaxın Şərqdə öz qoşunlarını və İsraili qorumaq üçün imkanlar artırmağa davam edəcək”
ABŞ Müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığında deyib ki, ABŞ Yaxın Şərqdə öz qoşunlarını və İsraili qorumaq üçün imkanlar artırmağa davam edəcək, baxmayaraq ki, müharibə qaçılmazdır. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Ostin açıq şəkildə bildirdi ki, müharibə qaçılmaz olmasa da və gərginliyin azaldılması üstünlük təşkil edən hərəkət yolu olsa da, ABŞ İsrailə hücum edilərsə, onu müdafiə edəcək”.
O, Qallanta ABŞ-ın “ABŞ ordusunu, İsraili qorumaq və İran, Livan Hizbullahı və İranla əlaqəli digər silahlı qruplaşmaların təcavüzünün qarşısını almaq üçün regionda hərbi gücünü gücləndirmək” üçün atdığı addımlar barədə məlumat verib.