Pentaqondan bəyanat: ABŞ İsrailə kömək etməyə hazırdır

Dünya

25.08.2024 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Ostin: “ABŞ İran və Tehranın regiondakı müttəfiqlərindən gələn təhlükə ilə əlaqədar İsraili dəstəkləyəcək”

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı aparıb. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ İran və Tehranın regiondakı müttəfiqlərindən gələn təhlükə ilə əlaqədar İsraili dəstəkləyəcək.

Qərb mediası ABŞ Müdafiə Nazirliyinin bəyanatından sitat gətirib: “Ostin ABŞ-ın İran, onun regional tərəfdaşları və tabeliyindəki qüvvələrin istənilən hücumuna qarşı müdafiəsində İsrailə kömək etməkdə sarsılmaz öhdəliyini bir daha təsdiqləyib”.

Söhbət Hizbullahın İsrail ərazisinə ağır raket hücumuna hazırlığını aşkar edən İsrail Müdafiə Qüvvələrinin (IDF) Livana kütləvi önləyici zərbə endirməsindən sonra baş verib.

Öz növbəsində, İsrail Müdafiə Nazirliyi Qalantın Ostini Livandakı zərbələrlə bağlı vəziyyətlə bağlı məlumatlandırdığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş