Pentaqon Ukraynaya 800 milyon dollar yardım ayırır

Dünya

08.12.2025 - 12:44

Konqres bu həftə səsverməyə başlayacaq

ABŞ Müdafiə Nazirliyinin büdcə təklifi 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün hər biri 400 milyon dollar ayırır və Konqres bu həftə səsverməyə başlayacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, dərc olunmuş sənəddə qeyd edilib.

Sənəddə deyilir: "2026-cı maliyyə ili üçün - 400 milyon dollar. 2027-ci maliyyə ili üçün - 400 milyon dollar".

Bundan əlavə, qanun layihəsi Pentaqon rəhbərini Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması və ya ləğvi barədə Nümayəndələr Palatasına və Senata hesabat verməyə məcbur edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş