Nazirlik Ağ Evdən Konqresə müvafiq tələbi təsdiqləməsini tələb edib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibə üçün 200 milyard dollardan çox maliyyələşdirmə istəyir və Ağ Evdən Konqresə müvafiq tələbi təsdiqləməsini tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Qəzetin mənbələrindən birinin məlumatına görə, belə bir tələb, demək olar ki, İslam Respublikası ilə münaqişəni dəstəkləməyən qanunvericilərin müqaviməti ilə qarşılaşacaq.
Məqalədə qeyd olunub ki, sözügedən məbləğ ABŞ administrasiyasının hərbi əməliyyata hazırkı xərclərindən xeyli çox olacaq və təcili olaraq vacib silahların istehsalını artırmaq üçün istifadə olunacaq.
Nəşr əlavə edir ki, "Ağ Evin sonda Konqresdən nə qədər təsdiq istəyəcəyi hələ də məlum deyil".