Pelosi Trampın andiçmə mərasimində iştirak etməyəcək

Dünya

17.01.2025 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

“The New York Times”: Pelosi heç vaxt Trampa qarşı mənfi münasibətini gizlətməyib

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ABŞ-ın yeni Prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimində iştirak etməyəcək. AYNA xəbər verir ki, bu barədə “The New York Times” mənbəsinə istinadən məlumat yayıb.

Mənbə Pelosinin mərasimdə niyə iştirak etməyəcəyini dəqiqləşdirməyib. Lakin nəşr qeyd edir ki, Pelosi heç vaxt Trampa qarşı mənfi münasibətini gizlətməyib. Qəzet xüsusilə qeyd edir ki, keçmiş spiker respublikaçıları “vəzifəyə yararsız” adlandırıb.

Pelosinin Nümayəndələr Palatası Trampı 2016-21-ci illərdə prezidentliyi dövründə iki dəfə impiçment etməyə çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş