Pekində daha 80 nəfərdə koronavirus aşkarlanıb
Çinin paytaxtı Pekində yeni növ koronavirusdan ölüm hadisəsi qeydə alınıb.
AYNA “Qafqazinfo”ya istinadən məlumatına görə, bu isə 22 milyonluq paytaxt əhalisini təşvişə salıb. Məlumata görə, 8-15 yanvar tarixlərində Uxan şəhərində olan 50 yaşlı şəxsə yanvarın 22-də 2019-nCoV diaqnozu qoyulub. Xəstə heç bir müalicəyə cavab vermədiyindən getdikcə halı pisləşib və dünyasını dəyişib.
Bundan başqa, Pekində daha 80 nəfərdə koronavirus aşkarlanıb. Onların 14-nün vəziyyəti ciddidir.
Qeyd edək ki, Çində virusa yoluxanların sayı 2 min 844 nəfərə yüksəlib. 82 nəfər isə dünyasını dəyişib